Ermənistan Qarabağda məğlubiyyətini necə gizlədir?

Ermənistan Qarabağda məğlubiyyətini necə gizlədir?

Erməni səfirin İrəvana geri çağrılmasının əsl səbəbi nədir?

Ermənistan prezidenti Serj Sarkisyanın Rusiyadakı səfir Oleq Esayanı qəfildən istefaya göndərməsi ölkədə böyük müzakirələrə səbəb olub.
İstiPress-in məlumatına görə, erməni politoloqlar Manvel Sarkisyan və Ruben Meqrabyan səfir O.Esayanın İrəvana çağrılmasını onun fəaliyyətinin yetərsiz olması ilə əlaqələndirirlər.


Onların sözlərinə görə, səfirin istefaya göndərilməsinin səbəbi 2016-cı ildə baş vermiş Aprel döyüşləridir. Guya O.Esayan həmin müharibə zamanı Ermənistanın xeyrinə Rusiyada aktiv fəaliyyət göstərməyib.
Lakin bir sıra Rusiya və erməni KİV-ləri isə yazır ki, bu, aprel müharibəsində Azərbaycan ordusuna məğlub olan rəsmi İrəvan üçün sadəcə bəhanədir. Təsadüfi deyil ki, ötən ildən bu yana Ermənistan tərəfi aprel müharibəsi ilə bağlı dəfələrlə müxtəlif "etiraflar” edirlər.
Məsələn, bir neçə gün əvvəl Ermənistanın baş naziri Karen Karapetyanın Qarabağdakı aprel döyüşləri zamanı erməni ordusunun yanacaq problemi ilə üzləşdiyi barədə bəyanat vermişdi.

Guya aprel döyüşləri zamanı, habelə ondan sonrakı aylarda hərbi texnika, avtomobil və mühəndis texnikası keyfiyyətsiz dizel yanacağı üzərində işə düşməyib, yaxud sıradan çıxıb.
Serj Sarkisyanın Rusiya səfirini geri çağırmaqla izah etməyə çalışır ki, apreldəki məğlubiyyətin səbəbləri səfirin pis işləməsi, hərbi texnikada dizelin olmaması və digər bəhanələrdir.
Amma məsələ başqadır. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludan fərqli olaraq Oleq Esayanın nəinki Rusiyada, heç ölkəsində də nüfuzu yoxdur. Məşhur rusiyalı jurnalist Vladimir Solavyov canlı efirdə bəyan etmişdi ki, O.Esayanı tanıyan yoxdur, Polad Pülbüloğlunu isə bütün Rusiya tanıyır.
 
Aktual.az
Xəbər 1044 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR