Qeyd edək ki, Ermənistanın silah arsenalına Rusiya istehsalı olan "İsgəndər” raketləri də daxildir. Mətbuatda yazılan informasiyalara görə, Ermənistan atəş dairəsi 500 kilometr olan son "İsgəndər-M” sistemi ilə yox, daha qısa məsafəli (280-300 kilometr) "İsgəndər-E” kompleksilə təchiz edilib.
İsgəndər raketinin "İsgəndər-M”, "İsgəndər-E”, "İsgəndər-K” variantları mövcuddur. Texnikanın çəkisi 3800 kq, uzunluğu 7,3 metrdir. Raketin bu növləri içərisində "İsgəndər-M” variantı daha çox təkmilləşdirilib. Raket hədəfə çatana qədər komanda mərkəzindən idarə olunur. İstimar müddəti 10 ildir. Raketin hədəfi vurması üçün minimal məsafəsi 50 km, maksimal isə 500 km-ə qədərdir. "İsgəndər-M”-in digər özəlliyi isə raket start anından etibarən düz istiqamətdə deyil, qarışıq şəkildə və ziqzaqvari hərəkət edir. Bu da onun radara düşmə ehtimalını daha da azaldır”.
Bəs Azərbaycanın "İsgəndər” raketini, eləcə də düşmənin digər texnikalarını məhv etmək üçün əldə etdiyi silahlar hansılardır?
Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, bizdə "İsgəndər”dən də güclü İsrail istehsalı olan "Dəmir Günbəz” var. Daha sonra, Türkiyə istehsalı olan "Qasırğa”mız var. Çəkinməyə və narahat olmağa heç bir əsas yoxdur”. Prezident Pakistanda keçirdiyi görüşlərdə də bir daha bəyan etdi ki, müdafiə və təhlükəsizliyimiz üçün nə lazımdırsa, onu alacağıq. Ermənilər nə qədər danışsalar, nə qədər ruslar onlara dəstək versələr də, bunun xeyri yoxdur. Azərbaycanın mövqeyi qətidir. Azərbaycan Silahlı Qüvvələri ən müasir və sonuncu nəsil silahları alıb, alır, bundan sonra da alacaq”.
Türkiyə istehsalı olan "Qasırğa” raketi:
Ekspert əlavə edib ki, Azərbaycan Pakistandan «JF-17 Thunder» qırıcı təyyarəsi alır:
"Bu qırıcının təlim və döyüş variantları var. Amma biz müharibə şəraitində olduğumuz üçün döyüş üçün nəzərdə tutulanını alacağıq. Yəqin ki, sonrakı mərhələlərdə də təlim variantı üçün nəzərdə tutulanlar alınacaq. Bir daha xatırladım ki, Pakistanın istehsal etdiyi silah-sursat, texnika ən müasir silahlardır və dünya standartlarına cavab verir”
Pakistan istehsalı «JF-17 Thunder» qırıcısı:
Onu bildirək ki, İsrail mətbuatı Azərbaycana "Dəmir Günbəz”- raketdən müdafiə sisteminin satılması ilə bağlı yayılan xəbərləri təsdiqləyib. Ekspertlərin sözləri ilə desək, "İsgəndər” raketindən də güclü olan "Dəmir Günbəz” raketdən müdafiə sisteminin göstəriciləri bunlardır:
"4 kilometrdən 70 kilometrə qədər məsafədə kiçik mənzilli raketləri və artilleriya mərmilərini zərərsizləşdirə bilir”.
Aşağıdakı video materialda "Dəmir Günbəz” raketdən müdafiə sistemi necə işlədiyi göstərilir:
Erməniləri qorxuya salan "Dəmir Günbəz” sistemi:
Aşağıdakı video materialda Azərbaycanın 2016-ci ildə aldığı bəzi texnikalara baxa bilərsiniz:/A24.az/