Əhali avro almaqdan imtina edir

Əhali avro almaqdan imtina edir

Azərbaycanda əhalinin nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində yanvar ayında kommersiya banklarından xalis avro alışı 6 977,4 min təşkil edib.
Aktual.az  fins.az-a istinadən bildirir ki, Mərkəzi Bankın hesabatına görə, bu, dekabr ayında əhalinin kommersiya banklarından xalis avro alışından 2 151,5 min avro və ya 23,6% azdır. Belə ki, dekabr ayında bankların xalis avro satışı 9 128,9 min təşkil edib. 2016-cı ilin yekununda kommersiya banklarının əhaliyə xalis avro satışı 266 647,6 min. avro olub. Bu da 2015-ci ilin yekunu olan 829 212,5 min xalis avro satışı ilə müqayisədə 3,11 dəfə azdır.
Keçən ilin yanvarında isə bankların əhaliyə xalis avro satışının həcmi 20 357,3 min təşkil edib. Bu ilin yanvar ayında kommersiya banklarının əhaliyə xalis avro satışı keçən ilin anoloji dövrü ilə müqayisədə 2,9 dəfə azdır.
 
Aktual.az 
Xəbər 425 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR