Düşmən ordusunda “siqaret davası” və MÜƏMMALI ÖLÜMLƏR

Düşmən ordusunda “siqaret davası” və MÜƏMMALI ÖLÜMLƏR
  • DÜNYA

"Ermənistan ordusunda ciddi və böyük problemlər mövcuddur. Müdafiə naziri Viqen Sarkisyan bu problemləri həll etməkdənsə, əsgərin siqaret çəkib-çəkməməsinə qərar verir”.

Publika.az xəbər verir ki, bu barədə erməni hüquq müdafiəçisi Janna Aleksanyan deyib.

Hüquq müdafiəçisi V.Sarkisyan tərəfindən orduya dəstək əsası ilə təqdim edilmiş "1000 dram” layihəsini sərt şəkildə tənqid edib.

Qeyd edək ki, bu layihəyə görə orduya dəstək fondu yaradılır və Ermənistandakı hər ailə həmin fonda 1000 dram pul köçürür. Ermənistan ictimaiyyəti isə buna qarşı çıxır. Layihədə həmçinin, əsgərlərə verilən tütün payının dayandırılması da qeyd olunur.

J.Aleksanyan hesab edir ki, Viqen Sarkisyan müdafiə naziri postunda özünü təsdiq etmək üçün bu cür addımlara gedir.

"İctimaiyyət yeni müdafiə nazirinə etibar etmir, qorxur ki, ödənilən pullar əsgərlərə çatmayacaq. 2017-ci il yenicə başlanıb, amma artıq 12 əsgər ölüb. Ölümlərin 7-8-i qeyri-döyüş şəraitində baş verib və bu ölümlərin necə baş verdiyi müəmmalı olaraq qalır. Biz artıq nazirin başsağlıqlarını qəbul etmirik. O cavab verməlidir ki, əsgərlərin ölməməsi üçün hansı önləyici tədbirlər həyata keçirir”, - deyə o bildirib.
 
Aktual.az
Xəbər 814 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR