DİN bayram günlərində də vətəndaşları qəbul edəcək

DİN bayram günlərində də vətəndaşları qəbul edəcək

Daxili İşlər Nazirliyinin müvafiq qurumları qeyri-iş günlərində vətəndaş qəbulunu davam etdirəcək.

Qurumun mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, Novruz bayramı ilə əlaqədar martın 19-dan 27-dək olan müddətdə qeyri-iş günləri olmasına baxmayaraq, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri tərəfindən vətəndaşların qəbulu həyata keçiriləcək.
 
Aktual.az
Xəbər 414 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR