Ceyhun Mirzəyevin 70 illiyi münasibətilə tədbir keçirilib - FOTO

Ceyhun Mirzəyevin 70 illiyi münasibətilə tədbir keçirilib   - FOTO

Aprelin 29-da Dövlət Film Fondunda mərhum aktyor, rejissor, görkəmli kino xadimi Ceyhun Mirzəyevin 70 illiyi münasibətilə tədbir keçirilib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilatçılıgı ilə təşkil olunub.

Tədbirdə çıxış edən əməkdar incəsənət xadimi Cəmil Quliyev, Ceyhun Mirzəyevin dostu Elxan Qasımov əziz dostları haqqında ürək sözlərini bölüşüblər.

Elxan Qasımov Ceyhun Mirzəyevi məşhur aktyor Al Paçino ilə müqayisə edib. Bildirib ki, Ceyhun heç kimi incitməyib, heç kimin xətrinə dəyməyib. Heç zaman "mən yaratdım" deməyib.

Aktyor Şamil Süleymanov dostunun son günlərindən danışıb. Qeyd edib ki, Ceyhun Mirzəyev "Ögey ana" dan "Fəryad"a qədər əzablı, məşəqqətli bir ömür keçib. Hər zaman ürəyi yanırdı ki, "Mən qarabağlıyam, amma torpağım üçün heç nə edə bilmirəm".

Ceyhun Mirzəyevin xatirəsini yad etmək üçün yubiley tədbirində onun dostları Aydın Dadaşov, Aydın Kazımzadə, xalq artisti Rafiq Əzimov onun barəsində ürək sözlərini deyiblər. Ceyhun Mirzəyevin köklü nəsildən gəldiyini deyən Aydın Dadaşov onu kinoda böyüyən uşaq adlandırıb.

Yubiley gecəsində Ceyhun Mirzəyevin keçdiyi qısa lakin şərəfli ömür və sənət yolundan bəhs edilib, çəkdiyi və aktyor kimi rol aldığı filmlərlə yanaşı İçtimai televiziyanın ''Carçıfilm" studiyasının istehsalı olan Ceyhun Mirzəyevin həyat və yaradaçıllığına həsr olunmuş filmi nümayiş etdirilib.

Qeyd edək ki, Ceyhun Mirzəyevin çəkdiyi və aktyor kimi çəkildiyi son film "Fəryad" olub.Ceyhun Mirzəyev 1993-cü il martın 5-də vəfat edib.

Xəbər 706 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR