Burda yaşayanların ev, pul dərdi yoxdur: Ölünü ayaq üstə basdırır, meymun əti yeyib, bayram edirlər - İLGİNC FOTOLAR

Burda yaşayanların ev, pul dərdi yoxdur: Ölünü ayaq üstə basdırır, meymun əti yeyib, bayram edirlər - İLGİNC FOTOLAR

Dünya ancaq bizim barəsində nə zamansa eşitdiyimiz, gördüyümüz ölkələrdən, həmin ölkələrdə yaşayan insanlardan ibarət deyil. Dünyanın hansısa bölgələrində elə insanlar yaşayır ki, indi də onlar barəsində istənilən məlumatla milyonlarla insanı təəccübləndirmək olar. Himalay meşələrinin dərinliyində yaşayan Raute qəbiləsi kimi...

Cebhe.info xəbər verir ki, danimarkalı fotoqraf Jan Moller Hansen modern yaşam qaydalarına əməl etməyən bu qəbilənin içində olub. Onların yaşam tərzini görüntüləyib. 

Özlərini "meşənin kralı” adlandıran bu qəbilənin  üzvləri kral nəslindən olduqlarına özləri inanır, başqalarını da inandırmağa çalışırlar. 

Nepallılar bu qəbilənin üzvlərini ikinci dərəcəli insanlar kimi qəbul edirlər. Qəbilə üzvlərin pul, ev kimi problemləri yoxdur. Sahib olduqları hər şeyi paylaşırlar. Köçəri halda yaşayır və ancaq yanlarında daşıya biləcəkləri mallara sahib olurlar. Aralarından kimsə öldükdən sonra onu dəfn edir və ərazini dərhal tərk edirlər. 

Ölülərini dik ayaq üstə dəfn edir və başqa yerdə düşərgə qururlar. Qəbilə üzvlərinin inancına görə, beləliklə insanların ruhu dinclik tapır. Ölülərini dəfn etdikdən sonar onun üçün ağlamır, əksinə ruhu dinclik tapdığına görə bayram edirlər.

Əsas qidaları meşədəki meymunların ətidir.









Xəbər 2009 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR