Burak Özçivit inkar etdi

Burak Özçivit inkar etdi

Burak Özçivit ata olmaq şansını saçlarına dəyişməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor saçlarının tökülməsinin qarşısını almaq üçün ata olma ehtimalını azaldacaq proseduru həyata keçirdiyini inkar edib.
Qeyd edək ki, dünən Türkiyə mətbuatında Özçivitin dostlarının məsləhətilə trixoloqun yanına getdiyi və müalicəyə başladığı ilə bağlı xəbərlər yayılıb. İddialara görə, aktyorun saç tökülməsinin səbəbi hormonların pozulması olub. Həkim bu müalicənin ata olmaq ehtimalını azaldacağını deyib. Aktyorunsa həkimə heç tərəddüd etmədən "Saçlarımı xilas edin, mənim üçün birinci yerdə saçlarım dayanır” cavabını verdiyi iddia edilib.
Burak Özçivit sosial şəbəkədə bununla bağlı qısa açıqlama verib: "Bu gün qəzetlərdə haqqımda yayılan informasiyalar həqiqətdən tamamilə uzaqdır. İctimaiyyətin diqqətinə çatdırıram".
 
Aktual.az
Xəbər 598 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR