Bu sahələrdə istehsal azalıb - SİYAHI

Bu sahələrdə istehsal azalıb - SİYAHI

2017-ci ilin yanvar ayında sənaye müəssisələri və fərdi sahiblarlar 3,5 milyard manatlıq sənaye məhsulu istehsal ediblər.

Aktual.az  fins.az-a istinadən bildirir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu, ötən  ilin müvafiq dövrü ilə müqayisədə 1% çoxdur.  
Sənaye məhsulunun
72,3 faizi mədənçıxarma sektorunda,
22,3 faizi emal sektorunda,
4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda,
0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı 4,2 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 8,3 faiz artb.
 
Emal sektorunda
içkilərin istehsalı 32,4%,
toxuculuq sənayesi məhsullarının istehsalı 2,6 dəfə,
geyim istehsalı 3 dəfə,
ağacın emalı və ağacdan məmulatların istehsalı 65,2%,
kağız və karton istehsalı 17,4%,
rezin və plastik kütlə məmulatları və tikinti materiallarının istehsalı 2,4 dəfə,
metallurgiya sənayesi məhsullarının istehsalı 35,2%,
hazır metal məmulatlarının istehsalı 27,3%,
kompüter və elektron məhsulların istehsalı 3,3 dəfə,
elektrik avadanlıqlarının istehsalı 4,6 dəfə,
sair nəqliyyat vasitələrinin istehsalı 23,6%,
mebel istehsalı 81,5% artıb,
qida məhsullarının istehsalı 3,5%,
tütün məmulatlarının istehsalı 43,9%,
dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 24,7%,
poliqrafiya məhsullarının istehsalı 67,4%,
neft məhsullarının istehsalı 10,2%,
kimya sənayesi məhsullarının istehsalı 6,7%,
maşın və avadanlıqların istehsalı 55,5%,
maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 55,4% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,8% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5% azalıb.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 13% artıb, neft sektorunda isə 1% azalıb.
 
Aktual.az
Xəbər 790 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR