Bu qadınlar öz qəbirlərini qazırlar – ŞOK SƏBƏB - FOTOLAR

Bu qadınlar öz qəbirlərini qazırlar – ŞOK SƏBƏB - FOTOLAR
  • DÜNYA

Türkiyədə Sevim Arkan, Ayşe Kök və Uğurcan Saban adlı qadınlar öz məzarlarını qazırlar.

Publika.az xəbər verir ki, adıçəkilən qadınlar 8 bələdiyyənin zibilərini tökdüyü İnkum təpəsində yaşayan 250-yə yaxın küçə itinin hüquqlarını müdafiə edir.

Üç heyvansevər zibil tökülən təpədə xəstə heyvanları müalicə edirlər. Lakin onlar ötən həftə aclıq aksiyasına start veriblər. Daha sonra özləri üçün təpədə məzar da qazmağa başlayıblar.

"Biz burada uşaq oyunu oynamırıq. Küçə heyvanları ilə bağlı qanun çıxmasını istəyirik. İstəyirik bizi bütün dünya görsün. Aclıq aksiyamızın 6-cı günündəyik. Halsızlıq var, danışmaq çətindir. Dünən Sevimin ürəyi getdi. Amma yolumuzdan dönməyəcəyik”, - deyə U.Saban bildirib.
 
Aktual.az


Xəbər 2297 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR