Bu gün “Eurovision-2016”nın finalıdır

Bu gün “Eurovision-2016”nın finalıdır

Bu gün Stokholmun “Globe” arenasında “Eurovision-2016” mahnı müsabiqəsinin final şousu keçiriləcək.

Aktual.az-ın məlumatına görə, püşkatmaya əsasən Azərbaycanı “Eurovision-2016” mahnı müsabiqəsində "Miracle" mahnısı ilə təmsil edən Səmra Rəhimli səhnəyə 4-cü çıxacaq.

Yarışmada ilk olaraq Belçika, sonda isə Ermənistan təmsilçisi çıxış edəcək.

“Eurovision-2016” iştirakçılar bu ardıcıllıqla çıxış edəcəklər:

1. Belçika
2. Çexiya
3. Niderland
4. Azərbaycan
5. Macarıstan
6. İtaliya
7. İsrail
8. Bolqarıstan
9. İsveç
10. Almaniya
11. Fransa
12. Polşa
13. Avstraliya
14. Kipr
15. Serbiya
16. Litva
17. Xorvatiya
18. Rusiya
19. İspaniya
20. Latviya
21. Ukrayna
22. Malta
23. Gürcüstan
24. Avstriya
25. Böyük Britaniya
26. Ermənistan

Xatırladaq ki, qaydalara əsasən, finalda 26 ölkə iştirak edəcək. Finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi İsveç və “böyük beşlik” ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

61-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib.

Xəbər 711 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR