Binanın su sayğacları oğurlandı - Bakıda

Binanın su sayğacları oğurlandı - Bakıda

Bakıda yaşayış binasının su sayğacları oğurlanıb.

"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib.

Belə ki, Hüseynbala Əliyev küçəsi 17 ünvanında yerləşən binadan 11 ədəd su sayğacı oğurlanıb. Sayğacların oğurlanmasından sakinlər evə su gəlməyəndə xəbər tutublar.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə müraciət edilib və araşdırma aparılır.

Polis Bölməsindən verilən məlumata görə, bu ilin əvvəlindən bugünə qədər Nəsimi rayonu ərazisindən 21 ədəd su sayğacı oğurlanıb.
 
Aktual.az
Xəbər 308 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR