Bəstəkar Nazim Əliverdibəyovun 90 illik yubleyinə həsr olunmuş konsert keçirilib

Bəstəkar Nazim Əliverdibəyovun 90 illik yubleyinə həsr olunmuş konsert keçirilib


Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə 30 nömrəli uşaq musiqi məktəbi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında görkəmli bəstəkar və pedaqoq Nazim Əliverdibəyovun 90 illik yubleyinə həsr olunmuş konsert keçirib. 

Nazim Əliverdibəyov, Ü.Hacıbəylinin "Əsli və Kərəm" və "Leyli və Məcnun" operalarını yenidən orkestrləşdirmiş, onun nəşr edilmiş "Leyli və Məcnun" (1983), "Koroğlu" (1985) operalarının partituralarının redaktoru olmuşdur. Eyni zamanda bir sıra xalq mahnılarını işləmiş və maraqlı əsərlər yazmışdır.
Konsert proqramında 30 nömrəli uşaq musiqi məktəbinin şagirdləri bəstəkarın "Bayatı Şiraz”, "Fırça”, "Yollar”, "Hanı o günlər”, "Qaytağı”, "Vals-skerso”, "Elegiya”, "Ay Xəzər”, "Qarabağ” əsərlərini və işlədiyi "Laçın”, "Süsən Sünbül”, "Səndən mənə yar olmaz” xalq mahnılarını ifa ediblər. 
Konsertdə Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professoru, xalq artisti Yalçın Adıgözəlov, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin elm, təhsil və gənclərlə iş şöbəsinin məsləhətçisi Məhəmməd Həmzəyev, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşları, Nazim Əliverdibəyovun ailə üzvləri, uşaq musiqi və incəsənət məktəblərinin direktorları və tələbələr iştirak ediblər. 
Sonda Azərbaycan Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq doktoru, professor Zemfira Qafarova, əməkdar incəsənət xadimi, Ü.Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov, xalq artisti, professor Ramiz Quliyev çıxış edərək, N.Əliverdibəyovun yaradıcılıq dəsti-xəttinin bəzi məqamlarından, bəstəkarın hərtərəfli fəaliyyətinindən və onunla bağlı  xatirələrindən bəhs ediblər.
Displaying DSC_1830.JPG
 
Displaying IMG_7467.JPG
 
Displaying IMG_7468.JPG
 
Displaying IMG_7473.JPG
 
Displaying IMG_7476.JPG
 
Displaying IMG_7482.JPG
 
Displaying IMG_7486.JPG
 
Displaying IMG_7489.JPG
 
Displaying IMG_7491.JPG
 

Aktual.az
Xəbər 787 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR