Bakıda ZƏNCİRVARİ QƏZA - Hərəkət dayandı

Bakıda ZƏNCİRVARİ QƏZA - Hərəkət dayandı

Səhər saatlarında Bakıda zəncirvari qəza tıxaca səbəb olub.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində, Dövlət Statistika Komitəsinin qarşısındakı dairədə baş verib.

"Jeep", "Mercedes" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində dairədə tıxac yaranıb və hazırda ərazidə avtomobillərin hərəkəti çətinləşib.

Əraziyə Yasamal və Nəsimi Rayon Dövlət Yol Polisi əməkdaşları cəlb edilib. Yol polisinin iştirakı ilə avtomobillərin ərazidən uzaqlaşdırılması istiqamətində tədbirlər görülür.
 
Aktual.az
Xəbər 540 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR