Bakıda mənzildən 18 800 manat oğurladılar

Bakıda mənzildən 18 800 manat oğurladılar

Bakıda mənzildən 18 800 manat pul oğurlanıb.

Aktual.az  Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslər Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində İntiqam Fərəcova məxsus evdən 18 800 manat pul oğurlayıb.

Aparılan araşdırma nəticəsində əməli törədən şəxs və ya şəxslərin pəncərəni açaraq içəri daxil olduqları müəyyənləşib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
 
Aktual.az
Xəbər 405 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR