Bakıda kütləvi basqın — Dünya çempionunu döydülər

Bakıda kütləvi basqın — Dünya çempionunu döydülər

Bakıda idman zalına kütləvi basqın olub, yaralananlar var.

Binəqədi rayonu ərazisində yerləşən "Marafon” idman zalında dəyənək, balta, "beşbarmaq” və s. soyuq silahlarla silahlanmış bir qrup şəxs məşq zamanı zala hücum edib, məşq keçən idmançılara xəsarət yetirib.

İlkin məlumata görə, insidentə məşqçilər - MMA üzrə dünya çempionu Əli Nəcəfi və Ziyadxan Sədiyev arasında mübahisə səbəb olub. Hadisə nəticəsində Əli Nəcəfi də daxil olmaqla 5 nəfər xəsarət alıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Ziyadxan Sədiyev və onunla basqında iştirak etmiş daha bir neçə nəfər saxlanılıb. //APA

Aktual.az
Xəbər 791 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR