Bakıda avtomobil dirəyə çırpıldı - Sürücü öldü

Bakıda avtomobil dirəyə çırpıldı - Sürücü öldü

Bakıda ölümlə nəticələnən qəza baş verib.

"Report"un xəbərinə görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Buzovna qəsəbəsində Aydın Kosayev idarə etdiyi "Mitsubishi" markalı kiçik tutumlu yük avtomobilini körpünün altındakı dirəyə çırpıb. Nəticədə sürücü kabinada sıxılaraq ölüb.

Faktla bağlı Dövlət Yol Polis İdarəsinin Xəzər rayon Şöbəsində araşdırma aparılır.
 
Aktual.az
Xəbər 418 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR