Bakı-Tbilisi-Qars dəmir yolu iyunda işə düşəcək

Bakı-Tbilisi-Qars dəmir yolu iyunda işə düşəcək

Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində inşaat işlərinin nə zaman başa çatacağını açıqlayıb.

"APA-Economics"in "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, inşaat işləri 2 ay sonra başa çatacaq.

Onun sözlərinə görə, bundan sonra iki ay ərzində test yürüşləri həyata keçiriləcək. "İyun ayından artıq Bakı-Tbilisi-Qars dəmir yolunda dizel lokomotivləri işə salınacaq", - deyə nazir qeyd edib.
 
Aktual.az
Xəbər 438 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR