Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: 5 ölü, 17 yaralı - VİDEO

Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: 5 ölü, 17 yaralı - VİDEO

Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı artıb.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hadisə nəticəsində ölənlərin sayı 5-ə çatıb.
 
Onlardan 2-si hadisə yerində, qalanları xəstəxanalarda ölüb.
 
Hadisədə yaralananlardan 17 nəfər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib, 2-nə yerində yardım göstərilib. Onlardan çoxunun vəziyyəti orta-ağır dərəcədədir.
 
Yaralananlardan 4 nəfər isə Klinik Tibbi Mərkəzə aparılıb. Onlardan 1-i xəstəxanada dünyasını dəyişib, 2-nin vəziyyəti hazırda ağırdır və reanimasiyadadır.
 
Yaralıların olduğu bütün xəstəxanalara Səhiyyə Nazirliyinin mütəxəssisləri cəlb olunub.  
 
Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən ikisi Sumqayıt Dövlət Universitetinin tələbəsidir.
 
Universitetdən APA-ya verilən məlumata görə, ölənlərdən ikisi - Nəsibov İbrahim və Quliyev İbrahim Universitetin Fizika və elektroenergetika fakültəsinin 3-cü kursunda təhsil alıb. 
 
***

Bakı-Sumqayıt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 17 nəfər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Aktual.az xəbər verir ki, xəstəxanadan APA-ya verilən məlumata görə, onların vəziyyəti orta-ağırdır. Daha 4 nəfər isə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onlardan 3-ü hazırda xəstəxanadadır, xəsarəti yüngül olan bir nəfər evə buraxılıb. 

***
Aktual.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, qəza nəticəsində ölənlərin sayı 4-ə çatıb. Ölənlərin hər 4-ü tələbədir.

Xəsarət alanlardan 6 nəfəri Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan APA-ya verilən məlumata görə, onların vəziyyəti orta-ağırdır.
 
***
Avtobusun sərnişinlərinin hamısının tələbə olduğu bildirilir. Belə ki, qəzaya uğramış "Ford-tranzit" markalı mikroavtobus tələbələri Sumqayıt Dövlər Universitetinə aparırmış.

***
Publika.az-ın hadisə yerinə olan müxbirinin verdiyi məlumata görə, qəza nəticəsində Sumqayıt Dövlət Universitetinin İbrahim Quliyev, soyadı hələlik məlum olmayan İbrahim adlı iki tələbəsi həyatını itirib. 5 nəfərin isə xəsarət aldığı bildirilir.

***
Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, "Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb.
İkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var. Qəza yerinə yol polisi və təcili tibbi yardım maşınları cəlb olunub.
Yolda avtomobillərin sıxlığı yaranıb.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qəza Bakı-Sumqayıt yolunda baş verib. Məlumata görə, Bakıdan Sumqayıta gedən mikroavtobusun sürücüsü yola çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus maneəyə çırpılıb. Hadisə yerində yol polisi işləyir.

İdarədən qəza nəticəsində xəsarət alanların olduğu bildirilib.

Aktual.az

 

Xəbər 1088 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR