“Azərbaycanın haqq işinə dəstək verəcəyik” - Fransalı senator

“Azərbaycanın haqq işinə dəstək verəcəyik” - Fransalı senator

"Biz çox gözəl başa düşürük ki, Azərbaycanın bir qayğısı mövcuddur və bu da təbii ki, Dağlıq Qarabağ münaqişəsidir”.

"Report” xəbər verir ki, bunu Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşar Milli Məclisdə keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qrupun bütün üzvlərinin münaqişə barədə yetərincə məlumatı var: "Biz Fransada Azərbaycanı yaxından tanıyan insanlar kimi bu istiqamətdə fəal iş aparırıq. Azərbaycanın haqq işinə dəstək verəcəyik. Çünki Azərbaycanın torpaqları işğal olunub. Hesab edirik ki, münaqişə sülh yolu ilə həll olunmalıdır. Ancaq əsas olan torpaqların geri qaytarılmalısıdır”.

Andre Reyşar bildirib ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı, öz torpaqları üzərində nəzarəti bərpa etməlidir: "Ötən ilin aprel ayında baş verən döyüşlər artıq narahatlığın pik həddə olduğunu göstərdi. Bu da onu göstərir ki, münaqişənin hərbi yolla həlli arzuolunan deyil. Ancaq istənilən yolla Azərbaycan öz torpaqlarını geri qaytarmalıdır. Bütün hallarda biz Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəmizi verməyə hazırıq”.
 
Aktual.az
Xəbər 428 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR