“Azərbaycanın ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcəyik” - Prezident

“Azərbaycanın ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcəyik” - Prezident

"Ermənilər düzgün nəticə çıxarmalıdırlar. Ermənilər bilməlidirlər ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. Nəyin bahasına olursa-olsun, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu etmək üçün biz uğurlu siyasət aparırıq. Hər gün, hər il biz o günü yaxınlaşdırırıq. Azərbaycan bayrağı Şuşada da, Xankəndində də dalğalanacaq”.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev bayram şənliyində nitq söyləyərkən deyib.

Azərbaycan prezidenti qeyd edib ki, bu gün Vətəni sevən hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Vətəni ilə fəxr edir: "Biz öz mədəniyyətimizi, incəsənətimizi, ana dilimizi, bayramlarımızı qoruyuruq, yaşadırıq. 25 illik müstəqillik dövrü onu göstərdi ki, ancaq milli köklər üzərində qurulmuş dövlətlər uğur qazana bilər. O dövlətlərin gələcəyi var. Azərbaycan dəyərləri, bizim milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Şadam ki, gənc nəsil də bu ruhda - vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə alır”.
 
Aktual.az 
Xəbər 769 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR