Azərbaycan sığorta qanunvericiliyinə dəyişikliklər edəcək

Azərbaycan sığorta qanunvericiliyinə dəyişikliklər edəcək

"Bu il sığorta sistemində strateji nöqteyi-nəzərdən çox ciddi dəyişikliklər edəcəyik".

Aktual.az  APA-ya istinadən xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

Onun sözlərinə görə, MBNP sığorta sistemində çox ciddi təşəbbüslərlə çıxış etməyi planlaşdırır: "Bu təşəbbüslərlə bağlı qanunvericilikdə dəyişiklik olacaq. Biz 2016-cı ildə bank sektorunda stabilləşməyə nail olmaq üçün tədbirlər gördük. Bu tədbirlər daha dərin islahatlar üçün platforma yaradır. Bu il isə sığorta sistemində strateji nöqteyi-nəzərdən dəyişikliklərə başlayacağıq. Sığorta sistemi daha uzunmüddətli yığımları və investisiyaları təmin edə bilir. Sığorta sistemində ödəniş sistemlərinin tənzimlənməsi ilə bağlı qanunvericilik bazasına dəyişikliklər ediləcək. Artıq Azərbaycan Mərkəzi Bankı və aidiyyatı qurumlarla birgə qanun layihəsi üzərində iş başa çatdırılıb".
 
Aktual.az
Xəbər 625 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR