Azərbaycan səfirinin 14 yaşlı oğlu drijorluq edəcək

Azərbaycan səfirinin 14 yaşlı oğlu drijorluq edəcək

Bu gün Transsibir Art festivalı xüsusi uşaq proqramını təqdim edəcək.

AzVision.az `Komosmolskyaya Pravda`ya istinadən xəbər verir ki, Rusiya Akademik Dövlət Filarmoniyasının səhnəsində Gənc Simfonik Orkestr çıxış edəcək. Orkestra təcrübəli dirijor Vladislav Yankovski və 14 yaşlı musiqiçi Murtuza Bülbül başçılıq edəcək.

Qeyd edək ki, Murtuza Bülbül Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun oğludur.

Konsertin təşkilatçılarının sözlərinə görə, 2015-ci ilin sonunda məktəbi bitirdikdən sonra Murtuza Bülbül Moskva Dövlət Konservatoriyası yanında Akademik Musiqi məktəbinə daxil olub.

Dirijor kimi Murtuza ilk dəfə 2015-ci ilin fevral ayında səhnəyə çıxıb. Belə ki, Azərbaycan Dövlət Orkestri onun rəhbərliyi altında Polad Bülbüloğlunun `Azərbaycan` pyesini ifa edib.

Gənc dirijor bu gün səhnədə çıxış edəcək.

Xəbər 751 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR