Aygün Kazımova bu hərəkəti ilə... - Halal olsun

Aygün Kazımova bu hərəkəti ilə...  - Halal olsun

Almaniyada keçirilən "DAF bama music Awards 2016" beynəlxalq mükafatlandırma mərasimində "Azərbaycanın ən yaxşı qadın sənətçisi" mükafatına layiq görülən xalq artisti Aygün Kazımova erməni təxribatı ilə qarşılaşıb.

Aktual.az axşam.az-a istinadən xəbər verir ki, müğənni konsertin başlamasına 3 saat qalmış məşq zamanı öyrenib ki, Almaniyanın Hamburq şəhərində keçirilən mərasimdə Ermənistanı təmsil edən müğənni Siruşon səhnədə Azərbaycan xalq mahnısı "Sarı gəlin"i erməni mahnısı kimi təqdim edəcək.

Bu xəbər həm A.Kazımovaya, həm də komandasına konsert öncəsi böyük stress yaşadıb.

Ermənilərin planının qarşısını almaq üçün A.Kazımova dərhal təşkilatçılardan, tədbirin rejissorundan bunun qarşısını almağı tələb edib və buna etirazını bildirib. Müğənni bildirib ki, "Sarı gəlin" Azərbaycan xalq mahnısıdır. Erməni müğənnisinin bu mahnını ifa edib, mükafat alması böyük qalmaqala səbəb olacaq. Həmçinin əlavə edib ki, ermənilər müsabiqəyə siyası don geyindirmək istəyir. A.Kazımova erməni müğənni Siruşonun ifasına az qalmış repertuarını dəyişdirə bilib və o, illər əvvəl ifa etdiyi "Kele-kele" mahnısını oxuyub.

Səhnəyə çıxan A.Kazımova Azərbaycana, həmvətənlərinə və xüsusilə də, Qarabağa sevgisini yollayıb.

Qeyd edək ki, tədbirdə Ermənistanı 2 müğənni təmsil edib.

Aktual.az

Xəbər 6585 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR