Aygün Bəylər ölkədən qaçıb - Telefonunu sürücüyə...

Aygün Bəylər ölkədən qaçıb  - Telefonunu sürücüyə...

Qardaşının qalmaqalı barədə danışmaq istəməyən müğənni telefonunu sürücüsünə verib.

Aktual.az xəbər verir ki, sürücüsü BiG.AZ-a açıqlamasında bildirib:

"Onun qardaşına nə aidiyyatı? Yoxdur, Aygün ölkədə ... Aygün xanım xaricdədir, gec gələcək. Mən onun sürücüsüyəm. Gedəndə də telefonu mənə verdi".

Xatırladaq ki, Aygün Bəylərin adı qohumu Elnur Hümmətovun ölümündə hallandırılır. Belə ki, Əməkdar artistin qardaşı Abbas Hümmətov E.Hümmətovun ölümündə şübhəli bilinərək saxlanılıb. Mərhumun anası Səadət Hümmətova isə müsahibəsində qeyd edib ki, Aygün Bəylər (Hümmətova) Elnur Hümmətovun Abbas Hümmətov tərəfindən öldürüldüyünü bilirmiş.

Qeyd edək ki, Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümmətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilib basdırılması müəyyən edilib.

Aktual.az

Xəbər 16007 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR