Çaya insan hüquqları verildi – Tarixdə ilk dəfə

Çaya insan hüquqları verildi – Tarixdə ilk dəfə

Yeni Zelandiyada çay insan hüquqları əldə edib.

AzNews.az "The Guardian” qəzetinə istinadən xəbər verir ki, maori yerli qəbiləsi Uonqanui çayını əcdadı hesab etdiyi üçün onun canlı varlıq kimi tanınması uğrunda 140 il mübarizə aparıb.

Parlament tərəfindən qəbul edilən yeni qanuna əsasən, Uonqanuiyə vurulan ziyan qəbiləyə zərər verməyə bərabər olacaq. Belə ki, artıq çay və qəbilə vahiddirlər. Bundan əlavə, çay 2 qəyyum da qazanıb: bunlardan 1-cisi dövlət, 2-cisi isə qəbilədir.

Çaya insan hüquqları verilməsinə dair məhkəmə prosesi Yeni Zelandiya tarixində ən uzun müddətli iş olub. Mənbə qeyd edir ki, artıq digər tayfalar da müqəddəs hesab etdikləri təbiət obyektlərini canlı varlıqlarla bərabərləşdirməyi tələb edə bilərlər.
 
Aktual.az
Xəbər 307 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR