ARKİ “YENI NƏFƏS- II” ssenari müsabiqəsi elan edir

ARKİ “YENI NƏFƏS- II” ssenari müsabiqəsi  elan edir

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı gənc və istedadlı ssenaristləri aşkara çıxarmaq məqsədilə “YENI NƏFƏS- II” adlı qısametrajli ssenari müsabiqəsi elan edir.

Yaşı 35-dək olan hər bir şəxs 20 səhifədən çox olmamaq şərti ilə istənilən janrda ,bədii,sənədli və animasiya ssenarilərini tərcümeyi-hal ilə birgə ,üç nüsxədə çap və elektron variantda 31 iyul 2016-cı il tarixinə kimi müsabiqəyə təqdim edə bilər. Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunacaq:

Qran Pri – 3000 manat (ssenarinin ekranlaşdırılması nəzərdə tutulub)

Birinci yer -2000 manat

İkinci yer -1500 manat

Üçüncü yer -1000 manat

Təşkilatı və informasiya dəstəyi:

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı.

Kaspi qəzeti, Mədəniyyət qəzeti, Səs qəzeti, AzərTAC, TREND, Day.az informasiya agentlikləri

Müsabiqənin nəticələri 2016-cı ilin sentyabr ayında açıqlanacaq.

Ünvan: Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı,

Bakı şəh.Səməd Vurğun küç.43/ World Business Center 16-cı mərtəbə

Əlaqə üçün:

Tel:(+99412597-48-04)
Fax:(+99412597-48-03)

Mob:(+99451427-41-03)

[email protected]

Xəbər 895 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR