Ağlayan Esra təndiq olundu: "Hər gün 100 min qazanırsınız"

Ağlayan Esra təndiq olundu:

Türkiyədə evlilik proqramlarının qanuni şəkildə bağlanacağı deyildikdən sonra aparıcı Esra Erol efirdə "Mən də bezmişəm. Bu şər-böhtanla yaşaya bilmərəm" demişdi.

Aktual.az  axşam.az-a istinadən bildirir ki, "Hürriyet" qəzetinin yazarı Cengiz Semercioğlu Esranı sərt tənqid edən yazı yazıb. O, qeyd edib:

"Esra Erol sevdiyim və proqramlarına verdiyi zəhməti hər zaman alqışladığım bir dostumdur. Amma hər dəfə "Mən bu proqramı tərk edəcəyəm. Bu çirkabın içində yer ala bilmərəm" kimi açıqlamaları artıq inandırıcılığını itirdi. Fox TV-də olduğundan bəri evlilik proqramı etməyəcəyini deyir, hətta dəyişiklik də etmişdi. Amma gördü ki, alınmır, yenidən sərt şəkildə evlilik verilişi təşkil etdi. Hətta ATV-yə keçdi. İstəmirsənsə, etmə, Esra. Kimsə sənə bunu silah gücü ilə gördürmür. Bu qədər nifrət edirsənsə, işindən, kaş ki, mövsümün əvvəlində müqaviləni artırmasaydın, "Mən bu işi görmək istəmirəm" desəydin.

Gündəlik 80-100 min lirə qazanırsınız, sonra da durub "Bu işi görməyəcəyəm, yaşaya bilmərəm" falan deyirsiniz. Ya işi burax, ya da səssiz qal".
 
Aktual.az
Xəbər 91 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR