“Ailə qurmağa hələ qərar verməmişəm” – Aktrisa sevgilisinə tam inanmır

“Ailə qurmağa hələ qərar verməmişəm”   – Aktrisa sevgilisinə tam inanmır

“Mən sevdiyim kişi ilə ailə qurmağa hələ qərar verməmişəm”.


Aktual.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Naibə Allahverdiyeva deyib. Onun sözlərinə görə, bu məsələdə qərar vermək onun üçün çox çətindir:“Qəti qərar vermək çətindi. Sevdiyim şəxsi özü də Azərbaycanda yoxdur. Telefonla əlaqələrimiz var. Əsas qərar məndən asılıdır. O, isə mənlə bağlı öz qərarını verib. Ailə qurmaq çətin bir işdir. Nə vaxt beynimə tam batsa, o zaman qəti qərar verəcəm”. 

N.Allahverdiyeva bildirib ki, qızı bu evliliyə qarşı deyil: “Hər kəs ona verilən həyatı yaşamalıdır. Qızım da kimisə sevib ailə quracaq. O zaman mən tək qalmamalıyam. Qızım təhsilini artırmaq üçün başqa ölkəyə gedəcək. Hər şey vaxtında olmalıdır. İndiki zamanda ailə qurmaq çətin məsələdir. İnsanlar göründüyü kimi olmur. Ailə o zaman qurulur ki, tərəflər bir-birinə öyrənsinlər. İnsanlar çox dəyişib. Bu gün gördüyün insan sabah qarşında tamam başqa cilddə olur”. 

Aktrisa onu ailə qurmasına, kimisə sevdiyinə görə qınayanlara da cavab verib: “Mənim nə yaşım var, cavan qadınam. İnsan heç vaxt tək olmamalıdır. Heç kəsin haqqı yoxdur ki, kiminsə həyatına müdaxilə eləsin. Sabah mən tək qalıb xəstə olanda kimsə qapımı döyməyəcək, ən yaxının belə sənin halına yanmayacaq. Məni ailə qurmağa görə qınayanlar sabah xəstə olanda gəlib məni həkimə aparacaq? Heç kəsin fikri məni maraqlandırmır”. 

Bu evliliyə yox deyə bilərsinizmi sualına N.Allahverdiyevanın münasibəti belə olub: “Həyatda hər şey ola bilər”. 

Xəbər 1324 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR