25 yaşlı qızı avtobus vurdu

25 yaşlı qızı avtobus vurdu

Bakıda 25 yaşlı qızı sərnişin avtobusu vurub.

Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1992-ci il təvəllüdlü Kərimli Ülkər Tacir qızını Yeni Ramana qəsəbəsi marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub. Nəticədə Ü.Kərimli ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
 
Aktual.az
Xəbər 87 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR