Bakıda iki nəfər özünü öldürmək istədi

Bakıda iki nəfər özünü öldürmək istədi

Bakıda iki nəfər intihara cəhd edib

Aktual.az-ın "Report"a istindən xəbərinə görə, hadisələrdən biri paytaxtın Binəqədi, digəri Nizami rayonunda qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini 1976-cı il təvəllüdlü B.Mirzəyev Binəqədi rayonu, Atatürk prospekti 56 ünvanında yerləşən doqquzmərtəbəli binanın damına çıxaraq özünü yerə atmağa cəhd edib. Əraziyə cəlb olunmuş polis əməkdaşları intiharın qarşısını alıb.

Nizami rayonu, Ş.Mirzəyev küçəsi ev 58 ünvanında yaşayan 1995-ci il təvəllüdlü Ə.Fərhadov intihar məqsədi ilə bilək və qarın nahiyəsini bıçaqla kəsib. O, xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.
 

Aktual.az

Xəbər 536 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR