Bu gün bürcünüz nələr vəd edir?

Bu gün bürcünüz nələr vəd edir?

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik

 


Qoç - əlaqələri bərpa edin, tərəfdaşların işlərini yoxlayın, informasiya kanallarını saf-çürük edin. Xoş xəbər ala bilərsiniz, amma hansısa məlumat sizi təbdən çıxaracaq.

Buğa - rəhbərliklə ünsiyyət üçün əlverişli gün deyil. İşdə münasibətlərin yeni stilini sınaqdan keçirə bilərsiniz. Cəsarətli davranın.

Əkizlər - romantik münasibətlər üçün düşərli gündür. Bununla belə, qarşınıza qoyduğunuz məqsədi unutmayın. İşgüzar olun. Sizi maraqlandıran mövzu ilə bağlı improvizə yolveriləndir.

Xərçəng - yaşananlar həddən ziyadə diqqətli və ehtiyatlı davranış tələb edir. Zəif olan məqam pozula bilər. Münasibətlərdə böhran yarana bilər. Amma nə etmək olar: bəlli hadisə başqa münasibəti ehtiva etmir.

Şir - olayların ritmi dəyişir. Şəraitə uyğunlaşın. Böyük ümidlərlə bağladığınız planları hələlik təxirə salın. Geri dönən ünsürlərə fikir verin. Yeni yanaşma, dərinləşmə və ya genişlənmə tələb edən məsələlər var.

Qız - əhval-ruhiyyə, motivasiya, energeikanın dəyişməsini hiss edin. Yaxın vaxtlar üçün yeni məşğuliyyət seçin.

Tərəzi - xəyallara və arzulara qapılmayın. Səmimiyyətdə ifrata varmayın, yaxın ətrafınızdakı insanlara mövqelərinizi açıqlamayın. Onlara təzyiq etməyin.

Əqrəb - çətin gündür, səhv və yanlışlıqlar riski böyükdür. Diqqəti bir məsələyə, bir problemin həllinə yönəldin.

Oxatan - yığılıb qalan gərginlik və artan küskünlük münaqişəyə səbəb ola bilər. Emosiyalarınıza hakim olun ki, səhhətinizdə fəsad yaranmasın.

Oğlaq - ürək-damar sistemini gücə salmayın. Axşam saatlarında maraqlı məşğuliyyət seçin, sizə xoş olan insanlarla ünsiyyətdə olun. Alış-verişdə məntiqli davranın.

Dolça - diqqətli olun, ehtiyatlı davranın. Toplantı, danışıqlar, anlaşma və sövdələşmələri təxirə salın. Ciddi işə, böyük sifarişin icrasına, geniş layihənin ilkin mərhələsinə başlamayın.

Balıqlar - alınan xəbərlər arasında çox faydalısı ola bilər. Fəqət, məlumat və ya informasiyanın batinini çözələyin. Emosional fon dayanıqlı olmayacaq. Olayların məğzi nəzərinizdən yayına bilər. (milli.az)
 
Aktual.az
Xəbər 130 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR