14 yaşlı qız 7,44 karatlıq almaz tapdı - Foto

14 yaşlı qız 7,44 karatlıq almaz tapdı - Foto

Amerikanın Arkanzas ştatında 7,44 karat ağırlığında almaz tapılıb.

Publika.az xəbər verir ki, almazı tapan 14 yaşlı amerikalı Kalel Lenqford olub.
Ailəsi ilə həftə sonu parka istirahətə gedən Kalel Lenqford park ərazisində üzəri palçıqla örtülü almaz tapıb.
Valideynlərinin sözlərinə görə, parkda istirahət edərkən Kalelin əlində dördkünc daşabənzər əşya göürblər: "Biz daşı görən kimi onun almaz olduğunu anladıq. Almazı yaxınlıqdakı park əməkdaşlarından birinə təqdim etdik".
14 yaşlı yeniyetmə tapdığı 7,44 karat ağırlığında qəhvəyi rəngli dördkünc almazı satmayıb, parkdakı istirahətindən xatirə olaraq saxlayacağını qeyd edib.
Park nümayəndəsinin sözlərinə görə, 14 yaşlı yeniyetmə parkın bütün tarixi ərzində ən iri almazlardan birini tapıb: "Bu hadisə ilk deyil. İlin əvvəlindən parkda 97 almaz tapılıb. Ən böyük daş, 1924-ci ildə tapılıb. Almazın çəkisi 40,23 karat olub.


Xəbər 552 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR