13 yaşlı qızı tovlayan 62 yaşlı azərbaycanlı - "Məni öldürün!"

13 yaşlı qızı tovlayan 62 yaşlı azərbaycanlı   -

Ukraynanın Zaporojye şəhərində fəaliyyət göstərən və sosial şəbəkələrdə azyaşlılara qarşı əxlaqsız hərəkətlər edənlərə qarşı mübarizə aparan "Nasledie. Oxota na pedofilov" ("İrs. Uşaqbazların ovu") təşkilatının yeni "ov"u Vkontakte sosial şəbəkəsində 13 yaşlı qızı və 14 yaşlı oğlanı tovlamağa çalışan Azərbaycan vətəndaşı olub.

Aktual.az milli.az istinadən bildirir ki, özünü Bakı sakini, 62 yaşlı Azər Həsən oğlu Vəliyev kimi təqdim edən şəxs Vkontakte-də tanış olduğu 13 yaşlı Daşa adlı qız və 14 yaşlı Aleksandr adlı istifadəçilərə cinsi əlaqə təklif edib.

Halbuki həmin istifadəçilər "İrs"in üzvləri idilər: bu şəxslər özlərini sosial şəbəkələrdə azyaşlı kimi təqdim edərək uşaqbazlar və əxlaqsızların "ov"u ilə məşğuldurlar.

Zaporojye şəhərinə müalicəyə gəldiyini deyən A.Vəliyev təqaüdçüdür.

O, Vkontakte-də tanış olduğu və tovladığı 13 yaşlı qıza şəhərin Şevçenko bulvarında görüş təyin edib.

Bulvara yollanan 62 yaşlı təqaüdçü orada "şikar"ını yox, "İrs"in fəallarını görüb.

Kameralar qarşısında özünü çox pis hiss etdiyini deyən A.Vəliyev titrək səslə deyib: "Məni öldürün, daha yaxşıdır. Qələt eləmişəm, başımı daşa döymüşəm. Sizə yalvarıram, bu kadrları yaymayın! Yalvarıram!"

Aktual.az

Xəbər 13820 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR