11 yaşlı məktəbli məktəbdə aldığı xəsarətdən öldü - AĞSUDA

11 yaşlı məktəbli məktəbdə aldığı xəsarətdən öldü - AĞSUDA

Ağsu rayonunda məktəbli ağır xəsarət nəticəsində ölüb.

Hadisə rayonun Kəndoba kəndində qeydə alınıb. Kənd sakini, 2006-cı il təvəllüdlü Əliyev Əli Mehman oğlu başın əzilməsi, sol gicgah sümüyünün sınığı və beyinə qansızma diaqnozu ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına gətirilib. Uşağın vəziyyəti ağır olduğu üçün ona ilkin tibbi yardım göstərilib və o təcili olaraq müalicə üçün Bakı şəhərinə göndərilib. Kəndoba kənd orta məktəbinin 5-ci sinif şagirdi olan Əli Əliyev Bakıda xəstəxanada dünyasını dəyişib. Onun hansı səbəbdən travma aldığı məlum deyil. Kənd sakinlərinin sözlərinə görə, uşaq məktəbdə oynayarkən yıxılıb.
Ağsu rayon Prokurorluğundan faktı təsdiqləyiblər. Bildirilib ki, Ə. Əliyev təhsil aldığı məktəbin həyətində futbol oynayarkən yaxılaraq xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır. (apa)
 
Aktual.az
Xəbər 418 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR